Norveçli şahmatçı Maqnus Karlsen V Vüqar Həşimov Memorialının qalibi olub.
Sportarena.az xəbər verir ki, Şəmkirdə təşkil olunan yarışın sonuncu – 9-cu turunda dünya çempionu Maqnus Karlsen çinli Dinq Liren ilə qarşılaşıb. Partiya heç-heçə ilə yekunlaşıb. Hesabındakı xalların sayını 6-ya çatdıran Maqnus Karlsen həmkarları üçün əlçatmaz olub. Bununla da dünya çempionu üçüncü dəfə Vüqar Həşimov Memorialının qalibi adını qazanıb.
Qeyd edək ki, dünya çempionu 2014 və 2015-ci illərdə də Shamkir Chess superturnirində çempionluq sevinci yaşayıb.