Bu iki klub Türkiyə Super Liqasına vəsiqə qazandı

16:24 29 Aprel 2018

Növbəti mövsümdə Türkiyə Super Liqasında mübarizə aparacaq 2 komandanın adına aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, 1-ci liqanın 33-cü turunda səfərdə “Ümraniyespor”u 1:0 hesabıyla məğlub edən “Rizəspor” bitimə bir tur qalmış çempionluğunu rəsmiləşdirərək, növbəti mövsümdə Super Liqada oynamağa haqq qazanıb. Qaradəniz təmsilçisindən başqa, “Ankaragücü” də yüksək liqaya “bilet” əldə edib. Paytaxt klubu bu hüquqa səfərdə “Manisaspor”u 3:0 hesabıyla məğlub edərək yiyələnib.

 

Xatırladaq ki, “Rizəspor” Super Liqada sonuncu dəfə 2016/17 mövsümündə, “Ankaragücü” isə 2012/13 mövsümündə çıxış edib.


Digər xəbərlər

Xəbər xətti