"Liverpul" futbolçusu Robert Firmino ilə yeni müqavilə imzalayıb.
Sportarena.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Müqavilənin müddəti barədə məlumat verilməyib.
Qeyd edək ki, Firmino 2015-ci ildə "Hoffenhaym"dan "Liverpul"a transfer olunub. O, bu mövsüm 50 matçda 27 qol vurub və 14 qolun ötürməsini verib.