"Qalatasaray"ın prezidenti qəzaya düşdü

14:11 30 Aprel 2018

“Qalatasaray”ın prezidenti Mustafa Cengiz avtomobil qəzasına düşüb.

 

Sportarena.az xəbər verir ki, hadisə dünən gecə “Beşiktaş”la oyundan sonra baş verib. Matçdan sonra evinə qayıdan klub rəhbərinin sürücüsünün idarə etdiyi avtomobil avtobusla toqquşub. Ciddi xəsarət alan olmayıb.

 

Xatırladaq ki, “Qalatasaray” “Beşiktaş”da 2:0 hesabı ilə qalib gələrək liderliyini davam etdirib.


Digər xəbərlər

Xəbər xətti