Kavani İbrahimoviçi PSJ-nin tarixindən "sildi"

15:16 30 Aprel 2018

Fransa çempionatının 35-ci turunda PSJ “Genqam”la heç-heçə edib - 2:2.

 

Sportarena.az xəbər verir ki, PSJ-nin hər iki qolunu Edison Kavani vurub. Uruqvaylı hücumçu bu qollarla Zlatan İbrahimoviçin adını klub tarixindən çıxarıb.

 

Kavani Fransa çempionatında vurduğu qolların sayını 115-ə çatdıraraq, klub tarixinin ən yaxşı bombardiri olub. O, bu göstəricidə Zlatan İbrahimoviçi geridə qoyub.

 

Kavani PSJ-nin heyətində bütün turnirlərdə isə 168 qol vurub. O, PSJ-yə 2013-cü ildə “Napoli”dən keçib.


Digər xəbərlər

Xəbər xətti