İsveçrə Super Liqasında 2017/18 mövsümünün qalibi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, "Yanq Boyz" çempionatın 32-ci turunda doğma meydanında "Lüzern"i 2:1 hesabı ilə məğlub etməklə çempionluğu rəsmiləşdirib.
"Yanq Boyz" 32 ildən sonra çempion olmağı bacarıb. Komanda son olaraq 1985/86 mövsümündə qızıl medala sahib olmuşdu. Bern təmsilçisinin ardıcıl 8 il çempion olan "Bazel"in hegemonluğuna son qoyub.