Almaniya millisində itki - DÇ-2018-i buraxacaq

16:49 30 Aprel 2018

Almaniya millisinin və “Borussiya”nın üzvü Lars Stindl yayda Rusiyada keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.

 

Sportarena.az xəbər verir ki, Bundesliqanın 32-ci turunda “Şalke” ilə oyunda zədə alan hücumçunun durumu ciddidir. Topuğundan zədə alan futbolçunun bir neçə ay meydana çıxa bilməyəcəyi açıqlanıb.

 

Qeyd edək ki, 29 yaşlı futbolçu ötən ildən Almaniya millisinə dəvət alır. O, yığmada 11 oyuna 4 qol vurub.


Digər xəbərlər

Xəbər xətti