"Liverpul"un yarımmüdafiəçisi Ceyms Milner İngiltərə millisinə qayıtmaqdan imtina edib.
Sportarena.az xəbər verir ki, Aleks Oksled-Çemberleyn və Adam Lallananın zədələnməsi yığmanın baş məşqçisi Qaret Sautqeyti Milner variantına diqqət yetirməyə vadar edib. Gənc mütəxəsis 32 yaşlı futbolçu ilə şəxsən görüşüb söhbət etsə də, lazımi cavabı almayıb.
Qeyd edək ki, Milner 2016-cı ildə milli karyerasını başa vurmuşdu.
Əlavə edək ki, İngilrərə millisi Rusiyada keçiriləcək Dünya çempionatında iştirak edəcək. Komanda Tunis, Panama və Belçika milliləri ilə eyni qrupda mübarizə aparacaq.