Ata olmağa hazırlaşan Arda özünə hədiyyə aldı - FOTO

18:31 30 Aprel 2018

Ata olacağını öyrənən futbolçu Arda Turan özünü mükafatlandırıb. 

 

Sportarena.az xəbər verir ki, Aslıhan Doğanla ailəli olan idmançı özünə 2 milyon lirəlik (təxminən 1 milyon manat) avtomobil alıb. Kolleksiyasında “Bentley”, “Mercedes”, “BMW” modelləri olan Turan bu dəfə “Lamborghini Gallardo” seçib. 


Qeyd edək ki, ötən ay Arda ilə ailə quran Aslıhanın qısa müddət sonra hamilə olduğu üzə çıxıb. 


Digər xəbərlər

Xəbər xətti