“Liverpul”un futbolçusu Məhəmməd Salahla Misir Futbol Federasiyası arasında narazılıq yaranıb.
Sportarena.az xəbər verir ki, narazılığa səbəb “EgyptAir” aviakompaniyasının Salahın simasından yararlanmasıdı. Misir yığması məhz bu kompaniyanın xidmətindən istifadə edir. Buna görə də, federasiya şirkətə Salahın təsvirindən yararlanmağa icazə verib.
Məsələ ilə bağlı açıqlama verən futbolçunun agenti Rami Abbas Salahın simasından pulsuz istifadənin qanunsuz olduğunu bildirib.
Federasiya isə buna cavab olaraq bildirib ki, Abbas belə danışmaqla abırsızlıq edir. Salah məsələ ilə bağlı “tvitter”də “bu problem başqa cür həll olunur” yazıb.
Bundan sonra Misirin idman naziri Xaled Abd Əl-Əziz bildirib ki, məsələ ilə bağlı araşdırma aparacaq.