"Beşiktaş"ı şoka salan xəbər - Şenol Günəş gedir

13:45 1 May 2018

“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş klubdan ayrılmaq istəyir.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə təcrübəli mütəxəssisin klub prezidenti Fikrət Ormanla görüşərək, istefa vermək istədiyi, “bu şərtlər altında çalışa bilmərəm” dediyi qeyd edilib. Lakin klub prezidenti baş məşqçini istefa verməkdən çəkindirərək, mövsümün sonunu gözləməyi məsləhət bilib, “isti başla” qərar qəbul etməməli olduğunu deyib.

 

Xatırladaq ki, “Beşiktaş” Super Liqanın son turunda səfərdə əzəli rəqibi “Qalatasaray”a 0:2 hesabıyla məğlub olub. 31 turdan sonra hesabında 62 xal olan “qara qartallar” 4-cü pillədə qərarlaşıb. Şenol Günəşin yetirmələri lider “Qalatasaray”dan 4 xal geri qalır.


Digər xəbərlər

Xəbər xətti