"Liverpul"un misirli futbolçusu Muhammed Salah daha bir mükafata layiq görülüb.
Sportarena.az xəbər verir ki, İngiltərə Futbol Yazarları Birliyi 25 yaşlı hücumçunu ilin futbolçusu seçib. Birlikdən verilən məlumata görə Salah 400-dən çox yazarın qatıldığı səsvermədə bütün rəqiblərini geridə qoyaraq lin futbolçusu ünvanını qazanıb.
Salah 1948-ci ildən bəri verilən mükafatı qazanan ilk afrikalı olub. Səsvermədə "Mançester Siti"dən Kevin De Brüne ikinci, "Tottenhem"dən Harri Keyn isə üçüncü yeri tutub.
Misirli hücumçu keçən ay İngiltərədə Peşəkar Futbolçular birliyi tərəfindən ilin futbolçusu seçilmişdi.
Bu mövsüm "Liverpul" formasında 34 matça çıxan Salah 31 qola imza atıb. Ümumilikdə isə futbolçu bütün yarışlarda 48 matçda meydana çıxıb 43 qol və 15 məhsuldar ötürmənin müəllifi olub.