Cavid İmamverdiyevə 2 klubdan təklif var - ÖZƏL

17:20 1 May 2018

"Sumqayıt"ın futbolçusu Cavid İmamverdiyev 2 klubun diqqət mərkəzinə düşüb.

 

Sportarena.az-ın əldə etdiyi məlumata görə. ötən ilin yayında "Neftçi"dən ayrılaraq "kimyaçılar"ın düşərgəsinə yollanan futbolçu yenidən sabiq klubunun formasını geyməyə yaxındı. Ürəyi "ağ-qaralar"la döyünən yarımmüdafiəçi bu keçidə isti yanaşsa da, ölkənin başqa bir böyük klubu da onun xidmətində maraqlıdı.

 

Belə ki, "Qəbələ" də milli komandamızın üzvünün xidmətində maraqlıdı. "Qırmızı-qaralar"dan İmamverdiyevə rəsmi təklif gəlməsə də, əyalət təmsilçisinin baş məşqçisi Roman Qriqorçuk futbolçunun oyununu diqqətdə saxlayır. Cavid "Qəbələ"dən ən yaxşı halda iyunun ilk günlərində təklif ala bilər. Buna səbəb ukraynalı mütəxəssisin Azərbaycanda qalıb-qalmayacağının müəyyənləşməməsidi.

 

Futbolçunun məxsus olduğu "Sumqayıt" da Cavid İmamverdiyevə yeni müqavilə təklif etməyi düşünür. Bu məsələ isə mövsüm bitdikdən sonra keçiriləcək klubdaxili iclasda müzakirə olunacaq. Bununla belə, "Sumqayıt" rəhbərliyi futbolçunun komandada qalmasında maraqlıdı.

 

Qeyd edək ki, Cavid İmamverdiyevin "Sumqayıt"la müqaviləsi mövsümün sonunda başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti