“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş karyerasını Qətərdə davam etdirə bilər.
Sportarena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Klubun adı açıqlamanmasa da, onun təklifi qəbul edəcəyi halda ilinə 7 milyon avro qazanacağı bildirilir. Şenol Günəşin özü də təklifə müsbət yanaşdığı qeyd olunur.
Qeyd edək ki, 65 yaşlı mütəxəssis “Beşiktaş”ı 2015-ci ildən çalışdırır.