Mövsümün sonunda uzun illər çalışdığı “Arsenal”dan ayrılacağını açıqlayan Arsen Venger PSJ-nin təklifindən imtina edib.
Sportaren.az xbər verir ki, bu barədə məlumatı İngiltərənin “Deyli Star” nəşri yayıb. Paris təmsilçisi bir müddət öncə fransız məşqçiyə baş direktor postunu təklif etsə də, təcrübəli mütəxəssis bu təklifdən imtina edib. O, karyerasını baş məşqçi kimi davam etdirmək istəyir.
Xatırladaq ki, Venger 1996-cı ildən “Arsenal”ı çalışdırır.