İspaniya çempionu “Real” və baş məşqçisi Zinədin Zidan UEFA Çempionlar Liqasının tarixinə düşüb.
Sportarena.az xəbər verir ki, ÇL-in yarımfinal mərhələsi çərçivəsində Almaniya çempionu “Bavariya”nı iki oyunun nəticəsinə əsasən (2:2, ilk oyun 2:1) üstələyən Madrid klubu adını finala yazdırdı. İspaniya təmsilçisi ardıcıl üçüncü mövsümdü ki, qitənin ən nüfuzlu klub turnirində həlledici oyuna vəsiqə qazanır. “Real” həm də ayrı-ayrı dövrlərdə ardıcıl üç dəfə ÇL-in finalına yüksələn ilk komandadı. Üstəlik, geridə qalan mövsümlərdə bu turnirin qalibi adını da qazanan “Real” indi daha bir ilkə imza atmaqla ardıcıl üçüncü dəfə ÇL kubokunu başı üzərinə qaldırmaq şansı əldə edib.
Bütövlükdə isə, “Real” ÇL tarixində 16-cı dəfə finalda oynayacaq. Madrid klubu bu baxımdan da öz rekordunu yeniləmiş oldu.
“Real”ı ardıcıl üçüncü mövsümə ÇL finalına daşıyan baş məşqçi Zinədin Zidan da buna nail olan üçüncü mütəxəssisdi. Daha öncə Fabio Kapello (1993, 1994 və 1995-ci illərdə “Milan”la) və Marçello Lippi (1996, 1997 və 1998-ci illərdə “Yuventus”la) də ardıcıl üç final sevinci yaşayıb. Amma onlar Zidandan fərqli, həmin finallardan yalnız birində qalib gəliblər. Zinədin isə artıq əvvəlki iki finalda qələbə sevinci yaşayıb və öz rekordunu yeniləmək şansına malikdi.
“Real”a uduzmaqla finala yüksəlmək şansını boşa verən “Bavariya” ilə də bağlı maraqlı məqam var. Bu komanda son beş mövsümdə ÇL-də bir qayda olaraq məhz İspaniya klublarına uduzmaqla mübarizədən kənar qalır: