Ronaldo Maldininin rekorduna şərik oldu

11:46 2 May 2018

İspaniya çempionu “Real”ın UEFA Çempionlar Liqasının yarımfinalında Almaniyanın “Bavariya” klubunu mübarizədən kənarlaşdırmaqla (2:2, ilk oyun 2:1) finala yüksəlməsi Madrid təmsilçisinin ulduz futbolçusu Kristiano Ronaldo üçün də əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, portuqaliyalı futbolçu “Milan”ın sabiq müdafiəçisi Paolo Maldininin rekordunu təkrarlayıb. Belə ki, italiyalı futbolçu 6 dəfə qitənin ən nüfuzlu klub turnirində final oynayıb. Artıq Ronaldo da bu baxımdan ona çatıb. Sadəcə, Maldini həmin finalların hamısında “Milan”ın şərəfini qoruyub.

 

Ronaldo isə ÇL-in finalında iki dəfə (2008 və 2009-cu illərdə) İngiltərənin “Mançester Yunayted” klubunun formasını geyinib. Sonrakı finallarda isə (2014, 2016, 2017, 2018) artıq “Real”ın şərəfini qoruyub.


Digər xəbərlər

Xəbər xətti