AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportarena.az xəbər verir ki, iclasda 1-ci divizionun son turunda baş vermiş qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlan qəbul olunub:
Birinci divizionun 25-ci turunun “Zaqatala” - “Şüvəlan” matçında “Şüvəlan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Birinci divizionun 25-ci turunun “Qaradağ Lökbatan” - “Xəzər” matçında “Qaradağ Lökbatan”ın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.