İtaliya A Seriyasının 35-ci turunda keçirilən "İnter" - "Yuventus" matçının (2:3) hakimi Daniele Orsato məğlub komandanın azarkeşləri tərəfindən təhdid və tənqilərə məruz qalıb.
Sportarena.az xəbər verir ki, qəzəbli azarkeşlərin çoxsaylı ismarıclarından sonra referi polisdən kömək istəmək məcburiyyətində qalıb. Hazırda təhlükəsizlik əməkdaşları onun evinin çevrəsində keşik çəkir. Orsatonun həyat yoldaşı bildirib ki, bu iş çox dərinə gedib və artıq onun ailəsi də qoxu içində yaşayır.
Qeyd edək ki, Orsato qalmaqallı derbidə "İnter"in yarımmüdafiəçisi Matias Vesinonu meydandan qovmuşdu.