"Bavariya"nın qapıçısı üzr üstədi

16:50 2 May 2018

"Bavariya" Çempionlar Liqasının yarımfinalında iki oyunun nəticəsinə görə "Real"a uduzaraq mübarizəni dayandırdı.

 

Sportarena.az xəbər verir ki "Santyaqo Bernabeu"da keçirilən matçda (2:2) madridlilərin 2-ci qolu zamanı qonaqların qapıçısı Sven Ulrayx kobud səhvlə yadda qalmışdı. Alman qolkiper İnstagram hesabından səhvinə görə üzrxahlıq edib.

 

"Çempionlar Liqasında mübarizəni dayandırmaq mənə nə qədər ağırdır, təsvir edə bilmirəm. Finala çıxmağı çox istəyirdik və əlimizdən gələni etdik. Mən kobud səhvə yol verdim. Buna bəraət yoxdur, məni bağışlayın... Komandam və azarkeşlərdən üzr istəyirəm".


Digər xəbərlər

Xəbər xətti