Avropa Liqasında finalçıların adına aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, ən diqqətçəkən matç Madriddə keçirilib. “Vanda Metropolitano” stadionunda “Atletiko” “Arsenal”ı qəbul edib. Bu komandalar arasında Londonda keçirilmiş ilk oyun 1:1 hesablı bərabərliklə nəticələnib. Cavab görüşü olduqca maraqlı maraqlı mübarizə şəraitində keçsə də, qapılara cəmi 1 qol vurulub. Dieqo Kostanın ilk hissənin son dəqiqələrində vurduğu qol Madridliləri finala daşıyıb.
Digər cütdə isə Avstriya “Zalsburq”u Fransanın “Marsel” klubunu qəbul edib. Bu komandalar arasında Fransada baş tutmuş ilk matçda meydan sahiblərinin 2:0 hesablı qələbə qazanmışdı. Cavab görüşünün əsas vaxtında da eyni hesab qeydə alınıb. Ancaq bu dəfə avstriyalılar sevinib. İki görşüşün nəticəsinə görə qalib müəyyənləşmədiyimdən əlavə vaxt təyin edilib. Burada qol vuran "Marsel" futbolçuları üstünlüyünü sona qədər qoruyaraq finala vəsiqə qazanıb.
Avropa Liqası: 1/2 final, cavab oyunları
3 may
23:05 Atletiko - Arsenal 1:0 (İlk oyun: 1:1)
Qol: Kosta, 45
23:05 Zalsburq - Marsel (İlk oyun: 0:2)
Qollar: Haydara, 53. Sarr, 65-avtoqol - Rolando, 116.