FİFA-dan milli komandanın baş məşqçisinə ağır cəza

10:56 3 May 2018

FİFA Salvador yığmasının sabiq baş məşqçisi Roman Maradiqonu cəzalandırıb.

 

Sportarena.az xəbər verir ki, Maradiqo 2 il müddətinə futboldan uzaqlaşdırılıb. O, korrupsiyada ittiham olunub. Mütəxəssisə qarşı ittiham ötən ilin iyulunda DÇ-2018-in seçmə mərhələsində keçirilən Salvador - Kanada oyununa görə irəli sürülmüşdü.

 

Qarşılaşmadan əvvəl adı çəkilməyən şəxs oyunun nəticəsini əvvəlcədən müəyyənləşdirmək üçün Salvador yığmasının üzvləri ilə görüşüb və onlara pul təklif edib. Baş məşqçi isə bu hadisədən xəbərdar olsa da, FİFA-ya məlumat verməyib.

 

Məşqçi FİFA-nın etika qaydalarını pozmaqda günahkar bilinib. O, 20 min isveçrə frankı cərimə də ödəməli olacaq.


Digər xəbərlər

Xəbər xətti