"Sabah"dan Arif Əsədov açıqlaması

14:13 3 May 2018

Birinci Divizionda çıxış edən "Sabah" klubu bəyanat yayıb.

 

Sportarena.az xəbər verir ki, paytaxt klubu son zamanlar komandanın baş məşqçisi Arif Əsədovun istefa verəcəyi ilə bağlı gəzən söz-söhbətləri təkzib edib. Klub rəsmi "facebook" hesabında yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini qeyd edib:

 

"Mətbuatda komandamızın baş məşqçisi Arif Əsədovun mövsümün sonunda klubu tərk edəcəyi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Arif Əsədov komandanın baş məşqçisi vəzifəsini icra etməkdə davam edir. Komandanın növbəti mövsüm üçün planları gələcəkdə qarşıya qoyulacaq hədəflərdən asılı olacaq".

 

Qeyd edək ki, "Sabah" I Divizionda 25 turdan sonra 36 xalla 5-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti