İngiltərə Premyer Liqası komandalarından olan “Arsenal” türkiyəli futbolçu Çağlar Söyüncünü heyətinə qatmaq üzrədir.
Sportarena.az xəbər verir ki, bu barədə futbolçunun bir zamanlar formasını geyindiyi “Altınordu” klubunun prezidenti Seyid Məhəmməd Özkan məlumat verib. Beynəlxalq Futbol İqtisadiyyatı Forumunda çıxış edən prezident 2016-cı ildə Almaniyanın “Freirburq” komandasına transfer edilən Çağların “Arsenal”a gedəcəyini bildirib.
Prezident qeyd edib ki, İngiltərə klubu onlardan 21 yaşlı futbolçunun bilgilərini istəyib. Transfer baş tutarsa, “Altınordu” da keçiddən qazanc əldə edəcək.
İddialara görə, “Arsenal” Çağlar üçün 30 milyon sterlinq ödəməyə hazırdır.