AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək - Hansı məsələlərə baxılacaq?

16:14 3 May 2018

Mayın 11-də, saat 10:00-da, AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

 

Sportarena.az AFFA-ya istinadən xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

 

1. Topaz Premyer Liqası klublarının əvəzedici komandaları arasında keçirilən çempionatla bağlı Klublar Komitəsinin 01.05.2018-ci il tarixli iclasında klubların irəli sürdüyü təkliflərin müzakirəsi
2. Topaz Premyer Liqasında gənc futbolçularla bağlı limit
3. Lisenziyalaşdırma prosesi ilə bağlı məlumat
4. Digər məsələlər


Digər xəbərlər

Xəbər xətti