Dünən U-16 Liqasında 30-cu turun oyunları keçirildi. Turun mərkəzi qarşılaşması «Neftçi Baza»da baş tutdu. «Vətən» çempionluğunu rəsmiləşdirən «Qəbələ»ni qəbul etdi. Fərrux İsmayılovun komandası qonaqları 4 cavabsız qolla məğlub etdi. Bununla da «Vətən» «Zirə»nin məğlubiyyətindən istifadə edərək 2-ci yerdəki mövqeyini bir qədər də möhkəmləndirdi. Çempionatın başa çatmasına 3 tur qalmış «məktəblilər» ən yaxın izləyicisini 6 xal qabaqlayır. Bu isə o deməkdir ki, «gümüş» böyük ehtimalla «Vətən»in olacaq.
Bəs bürünc medallar kimə qismət olacaq? Üçüncülük uğrunda gərgin mübarizə gedir. «Zirə», «Keşlə» və «Neftçi»nin aktivində 47 xal var. Bu komandaların öz aralarındakı oyunlara görə ən yaxşı göstəriciyə sahib «Keşlə» üçüncü pillədədi. 31-ci turda «Keşlə»nin «Zirə», «Neftçi»nin isə «Qəbələ» ilə səfərdə oynayacağını nəzərə alsaq, bürünc medalların taleyi haqqında indidən proqnoz verməyin nə qədər çətinliyini göstərmiş olarıq. Maraq üçün son 3 turun təqvimini təqdim edirik:
31-ci tur (10 may)
«Səbail» - «Neftçi» İK İB
«Zirə» - «Keşlə»
«Qəbələ» - «Neftçi»
«Turan» - «Vətən»
«Kəpəz» - «Qarabağ»
32-ci tur (17 may)
«Vətən» - «Kəpəz»
«Neftçi» - «Turan»
«Keşlə»- «Qəbələ»
«Neftçi» İK İB – «Zirə»
«Sumqayıt» - «Səbail»
33-cü tur (24 may)
«Zirə» - «Sumqayıt»
«Qəbələ» - «Neftçi» İK İB
«Turan» - «Keşlə»
«Kəpəz» - «Neftçi»
«Qarabağ» - «Vətən»
Bombardir: Emil Quluzadə («Vətən») – 24 qol.
«Het-trik news» qəzetinin layihəsi