Ölkə kubokunun 1/4 final mərhələsində, eləcə də İkinci Liqada çıxış edən VİP FK adını dəyişdirib.
Sportarena.az xəbər verir ki, Azərbaycan Futzal Federasiyasına müraciət edən komanda, adının dəyişdirilməsini xahiş edib.
Qarşı tərəfin müraciətini müsbət cavablandıran federasiya VİP FK-nın qarşıdakı oyunlarda “Uğur” kimi adlandırılmasına icazə verib.