19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.
Sportarena.az xəbər verir ki, baş məşqçi Vüqar Məmməd yığmaya 21 futbolçu dəvət edib. Komandamız Slovakiyada 2000-ci il təvəllüdlü futbolçulardan ibarət yığmalar arasına beynəlxalq turnirdə iştirak edəcək. Mayın 7-11-də təşkil olunacaq “Slovakia Cup 2018” turnirində Azərbaycan millisi Slovakiya, Uels və Macarıstanla birgə A qrupunda yer alacaq.
Turnirdə yığmamız bu heyətlə çıxış edəcək:
Nicat Mehbalıyev, İbrahim Hüseynov, Rauf Hüseynli, Xəqani Sadıxov, Səbuhi Abdullazadə, Turan Vəlizadə, Toral Bayramov, Rüfət Abdullazadə (hamısı “Qarabağ”), İdris İnqilablı, Rüstəm Nuriyev, Kamran Quliyev, Əmrah Zülfüqarlı (hamısı “Qəbələ”), Zahid Mərdanov, Kamran Məmmədov, Emil Qasımov, Şakir Seyidov (hamısı “Səbail”), Əkpər Vəliyev, Elvin Cəfərquliyev (hər ikisi “Keşlə”), Elvin Talıbov (“Rostov”, Rusiya), Hüseyn Əhmədov (“Helios”, Xarkov, Ukrayna), Elnur Ibrahimov (“Spartak-2”, Moskva, Rusiya)