"Beşiktaş" "Şaxtyor"un futbolçusu ilə anlaşdı

12:53 4 May 2018

“Şaxtyor”un futbolçusu Fakundo Ferreyra karyerasını Türkiyədə davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, Fakundonun “Beşikatş”la anlaşdığı bildirilir. 27 yaşlı argentinalının “Şaxtyor”la müqaviləsi iyunun 30-da başa çatır. Onun “qartallar”la 4 illik müqavilə bağladığı deyilir. Ferreyranın illik məvacibi 2,15 milyon avro olacaq.

 

O, bütün turnirlərdə 20-dən çox qol vuracağı təqdirdə, əlavə olaraq 200 min avro da qazanacaq.


Digər xəbərlər

Xəbər xətti