Rusiyanın "Rubin" klubunun futbolçusu Gökdeniz Karadeniz mövsümün sonunda karyerasını başa vuracaq.
Sportarena.az xəbər verir ki, türkiyəli hücumçu bunu keçirdiyi mətbuat konfransında açıqlayıb.
Qeyd edək ki, komandanın kapitanı olan Türkiyə millisinin sabiq üzvü 2008-ci ildən Kazan klubunda çıxış edir. 38 yaşlı futbolçu “Trabzonspor”un yetirməsidir. O, 1997-2008-ci illərdə Kadadeniz klubunda çıxış edib. Gökdeniz “Rubin”lə ikiqat Rusiya çempionu, Rusiya superkubokunun qalibi olub.