“Liverpul”un əfsanəvi futbolçusu Stiven Cerrardın yeni iş yeri məlum olub.
Sportarena.az xəbər verir ki, sabiq yarımmüdafiəçi Şotlandiya nəhəngi “Qlazqo Reyncers”ə baş məşqçi təyin olunub. O, Qlazqo təmsilçisi ilə 3 illik müqavilə bağlayıb.
Cerrardın köməkçisi Qari Makkalister olacaq. 37 yaşlı mütəxəssis daha öncə “Liverpul”un aşağı yaş qruplarında məşqçi kimi çalışıb.
Xatırladaq ki, “Reyncers” Şotlandiya Premyer Liqasında 3-cü pillədə qərarlaşıb.