“Beşiktaş”ın qapıçısı Tolqa Zengin karyerasını İtaliyada davam etdirə bilər.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İtaliya mətbuatı yayıb. Xəbərdə “Milan”ın “qara qartallar”ın qolkiperinin xidmətində maraqlı olduğu qeyd edilib.
“Rossonyerlər”in türkiyəli qapıçını əvəzedici kimi transfer etmək istədiyi deyilir. Belə ki, hazırda “Milan”da ikinci qapıçı olan Marko Storarinin 42 yaşı var və mövsümün sonunda karyerasını bitirəcək. “Milan” məhz onun əvəzinə 37 yaşlı “Napoli”li Pepe Reyna və ya Zengini heyətinə cəlb etməyi planlaşdırır.
Xatırladaq ki, “qırmızı-qaralar”ın əsas qolkiperi Canluici Donnarummadı.