“Başakşəhər”in futbolçusu Arda Turan Türkiyə Superliqasının 32-ci turunda “Sivasspor”la oyunda (1:1) meydandan qovulub.
Sportarena.az xəbər verir ki, matçın 90+4-cü dəqiqəsində “Başakşəhər”in hücumu zamanı rəqib futbolçusu Arda Turanı yıxıb. Yan xətt hakiminin qayda pozuntusunu qeydə almaması Ardanı özündən çıxarıb. O, laysmana üzərinə hücum edərək onu itələyib. Görüşün baş hakimi isə dərhal ona qırmızı vərəqə göstərərək meydandan qovub.
Qeyd edək ki, müqavilə ilə “Barselona”ya məxsus olan yarımmüdafiəçinin bu hərəkətinə görə cəzalanacağı gözlənilir.