TFF "Beşiktaş"ı cəzalandırdı

14:50 5 May 2018

Türkiyə Futbol Federasiyası “Beşiktaş”ı cəzalandırıb.

 

Sportarena.az xəbər verir ki, “Fənərbaxça” ilə kubokun yarımfinalının cavab oyununa çıxmaqdan imtina edən İstanbul klubuna texniki məğlubiyyət verilib. Bununla da “Fənərbaxça” finala yüksəlib.

 

TFF həmçinin, “Beşiktaş”ın gələn mövsüm kubok oyunlarında iştirakına qadağa qoyub.

 

Xatırladaq ki,  “Beşiktaş” və “Fənərbaxça” arasında keçirilən ilk oyunda 2:2 hesabı qeydə alılmayıb. Cavab görüşündə isə məlum qalmaqaldan sonra oyun yarımçıq dayandırılıb. TFF matçın yarımçıq qaldığı yerdən 57-ci dəqiqədən etibarət azarkeşlərsiz davam etdirilməsinə qərar versə də, “Beşiktaş” oyuna çıxmaqdan imtina edib.


Digər xəbərlər

Xəbər xətti