Ferquson əməliyyat olundu

14:27 6 May 2018

 

İngiltərənin “Mançester Yunayted” klubunun sabiq baş məşqçisi Ser Aleks Ferquson xəstəxanaya yerləşdirilib.

 

Sportarena.az xəbər verir ki, əfsanəvi mütəxəssisin beyninə qan sızıb. Bu üzdən də o, dərhal əməliyyat olunub. “Mançester Yunayted” klubunun yaydığı məlumata görə, əməliyyat uğurlu keçib. Amma 76 yaşlı şotlandiyalı mütəxəssis bir müddət reanimasiyada saxlanılacaq.

 

Xatırladaq ki, Ferquson 1986-2013-cü illər aralığında “Mançester Yunayted”in baş məşqçisi olub. “Qırmızı şeytanlar” əfsanəvi məşqçisinin rəhbərliyi altında 13 dəfə İngiltərə çempionu, 2 dəfə UEFA Çempionlar Liqasının, 5 dəfə Federasiya Kubokunun, 4 dəfə Liqa Kubokunun qalibi olub.

 


Digər xəbərlər

Xəbər xətti