51 illik həsrət birdi

15:18 6 May 2018

İngiltərənin "Börnli" klubu növbəti mövsüm Avropa Liqasında çıxış edəcək.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqanın 37-ci turunda "Sauthempton"la heç-heçə edən (1:1) "Everton" turnir cədvəli baxımından Şon Dayçın komandasına çatmaq imkanını itirib. Bununla "Börnli" Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə verən 7-ci yeri təmin edi. Komanda 6-cı pillədə olan "Arsenal" keçə bilsə, birbaşa turnirin qrup mərhələsində oynayacaq.

 

Qeyd edək ki, Premyer Liqaya 2 il öncə qayıdan "Börnli" 51 ildir Avrokuboklarda iştirak etmir.


Digər xəbərlər

Xəbər xətti