Nazarov 90 dəqiqə oynadı

10:45 7 May 2018

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 33-cü turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda Drezden “Dinamo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0. Nazarov da bu qarşılaşmanın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

“Ersgebirge” geridə qalan turlarda topladığı 40 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti