ÇL-in finalını kim idarə edəcək?

15:50 7 May 2018

Çempionlar Liqasının final oyununun hakimləri açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, “Real” və “Liverpul” arasında keçiriləcək həlledici oyun serbiyalı referi Milorad Majiçə həvalə edilib. Ona həmyerliləri Milovan Ristiç və Dalibor Curceviç kömək edəcəklər. Nenad Cokiç və Danilo Qruyiç əlavə köməkçi hakim təyin ediliblər. Fransalı Kleman Türpen isə ehtiyat hakim olacaq.

 

Qeyd edək ki, matç mayın 26-da Kiyevdə baş tutacaq.


Xəbər xətti