“Qalatasaray”ın baş məşqçisi Fatih Terimlə Türkiyə Futbol Federasiyasının (TFF) məhkəməsində yekun qərar verilib.
Sportarena.az xəbər verir ki, məhkəmə 65 yaşlı mütəxəssisin TFF-yə qarşı təzminat tələbini təmin edib. Federasiyanın T.Terimə 9 milyon 324 lirə təzminat ödəməsi hökmü çıxarılıb.
Qeyd edək ki, ötən il iyulun 26-da TFF millinin baş məşqçisi olan F.Terimlə müqaviləni birtərəfli ləğv etmişdi. Bundan sonra Terim məhkəməyə müraciət edərək TFF-dən bir illik maaşını – 3.5 milyon avro tələb etmişdi.