2000-ci il təvəllüdlü futbolçulardan ibarət yığma komandalar arasında Slovakiyada təşkil olunmuş beynəlxalq turnirdə Azərbaycan U-19 yığması ilk oyununu keçirib.
Sportarena.az xəbər verir ki, Macarıstan komandası ilə qarşılaşan futbolçularımız 0:1 hesabı ilə məğlub olub.
Yığmamız növbəti oyununu mayın 8-də Uels yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.