"Arsenal"ın futbolçusu Mesut Özil mövsümü erkən başa vurub.
Sportarena.az xəbər verir ki, Arsen Venger “Sky Sports”a açıqlamasında bu barədə məlumat verib: Onun Almaniya millisinin heyətində DÇ-2018-də iştirak edib-etməyəcəyi həkimlərin rəyindən sonra məlum olacaq.
“Onun hansı müddətə sıradan çıxdığını bilmirəm. Fikrimcə, mövsümün sonuna qədər oynamayacaq”.
Qeyd edək ki, Özil cari mövsümdə 26 matçda meydana çıxıb. O, 4 qol vurub və 8 məhsuldar ötürmə verib. Premyer Liqanın başa çatmasına bir tur qalsa da, Arsenal'ın ehtiyatda daha bir oyunu var.