UEFA Çempionlar Liqasında final oyununa qədər ən çox seyv edən qapıçıların siyahısını açıqlayıb.
Sportarena.az xəbər verir ki, "Qarabağ"ın qolkiperi İbrahim Şehiç siyahının ikinci pilləsində qərarlaşıb. Ağdam klubu qrup mərhələsində mübarizəni dayandırsa da, bosniya və herseqovinalı qapıçı 35 qurtarışla ilk 3-lükdə qalmağı bacarıb.