Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportarena.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 26-cı turunda qeydə alınmış qayda pozuntularına qiymət verilib.
“Qəbələ” - “Keşlə” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Səbail” - “Zirə” oyununun 43-cü dəqiqəsində "qartallar"ın futbolçusu Riçard Qadze simuliyasiyaya görə sarı vərəqə ilə cəzalanıb. Lakin oyunun video yazısına baxıldıqda hakimin epizodu düzgün qiymətləndirmədiyi müəyyən olunub. Oyunun video yazısını izlədikdən sonra İntizam Komitəsi legioner hücumçuya göstərilmiş sarı vərəqənin ləğv edilməsi barədə qərar qəbul edib.
“Qarabağ” - “Neftçi” matçında meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.