AFFA 4 futbolçuya ağır cəza verdi

14:40 8 May 2018

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclasda Birinci Divizionda yol verilmiş qayda pozuntularına baxılıb.

 

Birinci divizionun 26-cı turunun “Mil-Muğan” - “Şüvəlan” matçının 89-cu dəqiqəsində ev sahiblərinin futbolçusu Elnur Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.
 

Birinci divizionun “Turan Tovuz” - “Qaradağ Lökbatan” matçında meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə ödəməli olacaq. Oyunun 89-cu dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu Sabir Allahquliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb, klub 240 manat cərimə olunub.

 

Aşağı liqada “Xəzər” - “Zaqatala” matçının 82-ci dəqiqəsində qonaqların futbolçusu Roini İsmayılov rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb, klub 160 manat cərimə olunub. Oyunun 82-ci dəqiqəsində “Xəzər”in üzvü Tural Qürbətov rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb, klub 160 manat cərimə olunub. 

 

Birinci divizionun “Ağsu” - “Binə” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 90+1-ci dəqiqəsində “Ağsu” klubunun üzvü Qalib Əmrahov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb, klub 240 manat cərimə olunub. 


Digər xəbərlər

Xəbər xətti