Mourinyo cərimə ödəcəyək - Vergidən yayındığına görə

15:17 8 May 2018

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo İspaniyada çalışdığı vaxt vergidən yayınmaqda ittiham olunur.

 

Sportarena.az xəbər verir ki, hazırda işi İspaniya məhkəməsinin nəzarətində olan portuqaliyalı mütəxəsis bu məsələni cərimə ilə həll etməyə razılaşıb. Joze 800 min avro ödəməli olacaq. Əks halda onu 12 ay müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.

 

Mourinyo 2011-12-ci illərdə 3.3 milyon avro qazancını gizlətmişdi. O, 2015-ci ildə vəziyyəti nizama salmaq üçün artıq 4.5 milyon avro ödəyib. Amma bu yaxınlarda işlə əlaqədar əlavə detallar ortaya çıxıb. Nəticədə o, əlavə cərimə ödəməli olub.


Digər xəbərlər

Xəbər xətti