2000-ci il təvəllüdlü futbolçulardan ibarət yığma komandalar arasında Slovakiyada təşkil olunmuş beynəlxalq turnirdə Azərbaycan U-19 yığması ikinci oyununu keçirib.
Sportarena.az xəbər verir ki, Uels yığması ilə qarşılaşan futbolçularımız matçdan 3:0 hesablı qələbə ilə ayrılıb. Komandamızın qollarını Tural Bayramov, Emil Qasımov və Elnur İbrahimov vurub.
Yığmamız ilk oyununda Macarıstana 0:1 hesabıyla məğlub olmuşdu. Futbolçularımız növbəti matçını mayın 10-da Slovakiya millisinə qarşı keçirəcək.