Meksikalı jurnalist Mariya Fernanda Mora canlı efirdə futbol azarkeşini mikrofonla vurub.
Sportarena.az xəbər verir ki, xanım müxbir "Quadalaxara" klubunun ev oyunlarını keçirdiyi stadionun yaxınlığında 2 azarkeşdən açıqlama almaq istəyib. Bundan sonra həmin məkana bir qrup fanat yaxınlaşıb və qələbə mahnıları oxumağa başlayıb.
Onlardan biri xanım jurnalistə qeyri-etik tərzdə toxunub və cavabında mikrofon zərbəsinə tuş gəlib.