Slovakiyada keçirilən beynəlxalq turnirdə Uels millisini 3:0 hesabıyla məğlub edən 19 yaşadək futbolçulardan ibarət yığma komandamızın baş məşqçisi Vüqar Məmməd matçla bağlı fikirlərini bildirib.
Sportarena.az xəbər verir ki, gənc mütəxəssis komandasının ustalıq səviyyəsini artırmalı olduğunu deyib:
“Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Dünənki ağır oyundan sonra futbolçularımın xarakter nümayiş etdirdiyinin şahidi oldum. Həm ötən oyunda, həm də bu qarşılaşmada futbolçuların hamısına şans verdik. Heyətdəki oyunçuların hər birinə güvənirəm. Amma hələ çox işimiz var, dayanmadan çalışmalıyıq. Bir daha təkrar edirəm, ustalıq səviyyəmizi artırmalıyıq. Bunu yalnız belə güclü rəqiblərlə qarşılaşaraq edə bilərik”.