“Bavariya” “Yuventus”un hücumçusu Paulo Dibalanın xidmətində maraqlıdı.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Almaniya mətbuatı yayıb. Xəbərdə Münhen təmsilçisinin argentinalı futbolçunun keçidi üçün 100 milyon avro ödəməyə hazır olduğu qeyd edilib. Almanların “Yuve”də baş məşqçi Massimiliano Alleqri ilə münasibətlərinin soyuduğu deyilən Dibalanın keçidini DÇ-2018-dən öncə həll etmək istədiyi vurğulanıb.
Dibalanın xidmətində “Bavariya”dan başqa, “Liverpul” və “Atletiko” da maraqlıdı.