FİFA Rusiyanı cəzalandırdı - İrqçiliyə görə

22:52 8 May 2018

FİFA Rusiya Futbol İttifaqını cəzalandırıb.

 

Sportarena.az xəbər verir ki, buna səbəb rusiyalı azarkeşlərin milli komandanın Fransa ilə yoxlama oyununda rəqib futbolçulara qarşı irqçi şüarlar səsləndirməsidir. Buna görə Rusiya Futbol İttifaqı 30 min İsveçrə frankı məbləğində cərimələnib.

 

Qeyd edək ki, martın 27-də Sankt-Peterburq şəhərində keçirilən yoxlama matçında Rusiya millisi 1:3 hesabı ilə uduzub.


Digər xəbərlər

Xəbər xətti